Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb

Qafar Ağayev10:18 - 17 / 04 / 2024
Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb

“Unibank” KB ASC 2024-cü ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

31 mart 2024-cü il tarixinə Bankın əməliyyat mənfəəti 16.34 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində artım qeydə alınıb. Belə ki, dövr ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 80.4 milyon manata çatıb. Əsas maliyyə göstəricilərinin yüksəlməsi fonunda bankın xalis mənfəəti 70 %-dən çox artaraq, rübün sonuna 7.4 milyon manat təşkil edib.

2024-cü ilin 1-ci rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2023-ci ilin birinci rübü ilə müqayisədə bu ilin uyğun dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 11.4 % artıb.

Hər zaman olduğu kimi real sektorun kreditləşməsi “Unibank”ın prioritetləri sırasında olub. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 20% artaraq 348 milyon manata yaxın olub. Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 27 %-dən çox artaraq, 184.7 milyon manata çatıb. Verilən mikrokreditlərin həcmi isə 2023-cü ilin birinci rübü ilə müqayisədə 23 % artaraq, 57 milyon manata çatıb.

Dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə 22.8 % artaraq, 164 milyon manat olub. 2024-cü ilin ilk 3 ayında Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin ilk rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13 %-ə yaxınlaşıb. Hesabat dövrünün sonuna bankın aktivləri 1 milyard 588 milyon manatı ötüb.

Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 136 milyon manat artaraq, bu ilin ilk rübünün yekununda 684 milyon manat təşkil edib.

Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. 2023-cü ilin ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci rübündə Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 37% artaraq 922 milyon manatı keçib. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin ilk rübündə Unibank kart sahiblərinin sayında 17.5 % artım olub.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank-Sənin Bankın!

Reklam hüququnda

Paylaş:
179

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər