Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Qafar Ağayev17:48 - 18 / 04 / 2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.

1news.az xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Toplantıda aşağıdakı məsələlər müzakirə olunacaq:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi.

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər