Xankəndidə qumbara və avtomatlar tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə qumbara və avtomatlar tapılıb

Qafar Ağayev09:42 - 18 / 04 / 2024
Xankəndidə qumbara və avtomatlar tapılıb

Polis əməkdaşları Xankəndidə qumbara və avtomatlar tapıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 7 tüfəng, 1 qumbara, 6 alışdırıcı, 17 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:
326

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər