“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

Qafar Ağayev17:47 - 19 / 04 / 2024
“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialına ilk benefisiarların qəbulu keçirilib.

1news.az xəbər verir ki, Qiymətləndirmə Komissiyası tərəfindən həssas əhali qruplarından olan 50-dən çox vətəndaşın müraciətinə baxılaraq, yaradıcılıq qabiliyyətləri yoxlanılıb. Komissiyanın rəyinə əsasən, 35 nəfər “DOST EVİ” filialına qəbul edilib. Müraciətlər arasında dulusçuluq və bədii oyma istiqamətlərinə maraq daha böyük olub.

Ötən il noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə İsmayıllıda açılışı olan “DOST EVİ”ndə 10 təlim istiqaməti üzrə 6 emalatxana fəaliyyət göstərir. Dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanalarında xalq dekorativ-tətbiqi sənəti və Azərbaycan milli mətbəxinin ənənələri öyrədilir. Filialda təlim almaq üçün İsmayıllı və ətraf rayonlarda yaşayan həssas əhali qruplarına aid əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri,
müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları,
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrin üzvləri müraciət edə bilərlər.

Paylaş:
233

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər