Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO
Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyinin (AY-SİAD) İdarə Heyətinin sədri Fırat Barışıkın rəhbərliyi altında Azərbaycanda işgüzar səfərdə olan heyət MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.
Görüşdə "Bir-millət, İki dövlət" prinsipləri, ticari-iqtisadi əlaqələr, investisiya imkanları, təşviqlər və subsidiyalar, əməkdaşlıq məsələləri müzakirə edilib.
Məlumata əsasən, görüş zamanı MÜSİAD İdarə Heyətinin sədri Rəşad Cabirli İBF, MDB ölkələri ilə olan gömrük güzəştləri haqqında məlumat verib, qardaşlıq şüuru, ortaq mədəniyyətə sahib Tək millət olan ölkələrimiz adına faydalı ola bilmək üçün birgə fəaliyyətlərin önəmini vurğulayıb.
MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.