Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır | 1news.az | Xəbərlər
Cəmiyyət

Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır

10:58 - 19 / 04 / 2024
Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır

“Ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransa dövlət strukturları növbəti dəfə Fransanın imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər.

Bu barədə dövri silsilə yazılarla çıxış edən “Observer Online”-nın 18.04.2024-cü ildə yayımlanan “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsində qeyd edilir: https://t.me/observer_online/9

Məqalədə deyilir: “Azərbaycanın təhlükəsizlik orqanında gedən cinayət işi ilə əlaqədar hələ 2023-cü ilin dekabrında Fransanın səfirlikdaxili kəşfiyyatçılarını “persona non-qrata” elan edib Parisə yola salan Azərbaycanın təcrübəsini bir neçə dövlət xüsusi həvəslə davam etdirmiş, eləcə də Burkina Faso 16 aprel 2024-cü il tarixli notası ilə 3 fransız “diplomatı” pozucu fəaliyyətlərinə görə “persona-non qrata” elan edərək ölkədən çıxarılmalarını təmin etmişdir. Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişat Fransanın öz rekordunu təzələyəcəyini göstərir.

“Observer Online” eksklüziv notanı dəyərli oxucuları ilə bölüşür:

18 aprel 2024-cü ildə “France 24” kanalı deyir ki, rəsmi Paris diplomatların ölkədən qovulmasını əsassız hesab edir. “Burkina rəsmilərinin bu qərarının heç bir hüquqi əsası yox idi, biz ancaq təəssüf hissi keçiririk” – Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan bildirir.

Paralel olaraq, Fransanın müstəmləkə siyasətindən tarix boyu əziyyət çəkmiş Yeni Kaledoniya dövlətinin nümayəndə heyəti hazırda Azərbaycan Milli Məclisində rəsmi qonaqdır.

“Bu sənəd Yeni Kaledoniya üçün həm də “yol xəritəsi”dir. Bu baxımdan Azərbaycan parlamenti ilə imzaladığımız memorandumun Fransanın Yeni Kaledoniyaya qarşı aqressiv siyasətinin qarşısının alınmasına öz töhfəsini verməsini istərdik” – Yeni Kaledoniya Konqresinin komitə sədri Omayra Naiselin 18 aprel 2024-cü ildə Azərbaycan Milli Məclisindəki çıxışında deyib.

Fransa Respublikasının xaricdəki səfirləri arasında E.Makronun ən yaxından tanımağa məcbur olduğu yeganə səfir - Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə bu baş verənləri Parisdən izləyir”.

Paylaş:
137

Son xəbərlər

İlham Əliyev BƏƏ-nin dövlət başçısını təbrik edibBu gün, 11:13Bakı və Sumqayıtda avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanıldıBu gün, 10:52İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edibBu gün, 10:41Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayırBu gün, 10:22Azercell ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi - FOTOBu gün, 10:15DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 09:59AZAL-dan “Cyber Monday” kampaniyası ilə endirimlərə davamBu gün, 09:45Əmtəə bazarlarında qızılın qiyməti enibBu gün, 09:44AMB dekabrın ilk valyuta məzənnəsini açıqladıBu gün, 09:30Co Bayden oğlunu əfv edibBu gün, 09:25Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Balakəndə satış məqsədilə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub - FOTOBu gün, 09:10Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:09Bakıda tıxac müşahidə edilən küçə və prospektlərBu gün, 09:04Kürdəmirdə ağır yol qəzası olub, ölən var30 / 11 / 2024, 18:07Ötən gün 49 cinayətin üstü açılıb - DİN30 / 11 / 2024, 17:36Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri ağır yaralanıb30 / 11 / 2024, 17:04FHN silsilə maarifləndirmə tədbirləri keçirib30 / 11 / 2024, 16:41Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı30 / 11 / 2024, 16:09Bakıda 62 yaşlı qadın mağazadan qızıl oğurlamaqda şübhəli bilinir30 / 11 / 2024, 15:39
Bütün xəbərlər