Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

10:55 - 20 / 04 / 2024
Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan xəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü stimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ilk baxışda regional əhəmiyyətli hadisə təəssüratı yarada biləcək bu layihə, əslində, qlobal miqyasda gedən proseslərə kifayət qədər böyük töhfədir. “Dövlət başçısının təməlqoyma mərasimində etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda da iqlim dəyişikliyi ilə bağlı yaşanan narahatlıqlar ölkənin su ehtiyatlarından maksimum dərəcədə səmərəli davranmaq zərurətini bütün kəskinliyi ilə ortaya qoyur. Hətta demək olar ki, hazırda bu vəzifə əsas prioritetlərdən biri kimi müəyyən olunub. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycanda bir çox infrastruktur layihələri, o cümlədən qazlaşdırma və elektrik enerjisi ilə təminat məsələləri böyük hesabla öz həllini artıq tapmışdır, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifələrin içməli su və suvarma layihələri ilə bağlı olacağını demək olar. Cənab Prezident İlham Əliyevin çıxışında bu məqamların xüsusi olaraq diqqət mərkəzinə çəkilməsi də nəzərdə tutulan layihələrin iri miqyaslı və əhatəli olacağından xəbər verir.”

K.Qafarov daha sonra bildirib ki, Şirvan suvarma kanalının yenidən qurulması qeyri-neft sektorunun inkişafına böyük töhfə olacaq: “Həqiqətən də dövlət başçısının təməlini qoyduğu bu layihə ölkəmizin iqtisadiyyatı üçün çox böyük önəm kəsb edir. Bir tərəfdən, az öncə də qeyd etdiyimiz kimi, Şirvan suvarma kanalının yenidən qurulması uzun illər fasiləsiz davam edən istismarın nəticəsi olaraq yer alan böyük həcmdə su itkisinin qarşısını alacaq. Hesablamalara görə yenidənqurma işlərindən sonra itkilərin həcmi on dəfədən çox azalacaq. Bu, artıq özü-özlüyündə son dərəcə önəmli bir məqamdır. Digər tərəfdən isə, yenidən istifadəyə verildikdən sonra Şirvan kanalı daha çox əkin torpaqlarını suvarma suyu ilə təmin edəcək. Bu da əlbəttə ki, bölgədə kənd təsərrüfatının daha sürətli inkişafına yeni güclü təkan verəcək. Beləliklə, dövlət başçısının dediyi kimi, bu layihədə qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi kimi mühüm amillər öz əksini tapacaq. Diqqətəlayiq məqamlardan biri də budur ki, Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycan bu gün artıq öz su mənbələrinə tam sahib olmuşdur. Vaxtilə Ermənistan təkcə torpaqlarımızı yox, həm də su resurslarımızı işğal etmişdi. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkənin ümumi su resurslarının 25 faizini təşkil edir ki, bunlar da daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Ona görə də bu su ehtiyatları ölkə üçün xüsusi əhəmiyyət kəsb edir” .

Paylaş:
152

Son xəbərlər

Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15
Bütün xəbərlər