“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

16:09 - 23 / 04 / 2024
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

Sərfəli təklifləri və sosial layihələri ilə seçilən “Nar” 23 Aprel Ümumdünya Kitab Günü münasibətilə Füzulidə yerləşən Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin kitabxanasına yeni kitablar hədiyyə etdi.

Kitabların təqdimatında “Nar”ın təmsilçiləri, layihənin tərəfdaşı olan Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin nümayəndələri və Mirzə Uluqbəy adına məktəbin müəllim və şagird heyəti iştirak edib.

Hədiyyə edilən kitablar məzmunca həm ibtidai və orta sinif şagirdləri, həm də yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Eləcə də, müxtəlif ensiklopediyalar, lüğətlər və Zəfər tariximizdən bəhs edən kitablarla zənginləşdirilən bu kitabxana Füzuli şəhərinin sakinləri üçün də açıqdır.

Qeyd edək ki, müştərilərinə sərfəli qiymətə mobil rabitə imkanları təqdim edən “Nar” özünün davamlı sosial layihələri ilə cəmiyyətin inkişafına töhfə verir. Bu layihələrin əsas istiqaməti Azərbaycanın bölgələri, o cümlədən, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarıdır.

“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Reklam hüququnda

Paylaş:
198

Son xəbərlər

Məhkəmə-Hüquq Şurasının iclası keçirilibBu gün, 11:15Ağstafa-Bakı qatarının hərəkət qrafiki dəyişirBu gün, 11:07SİMA-da hər gün 40000 nəfər uğurla qeydiyyatdan keçirBu gün, 11:04Növbəti iki gündə geomaqnit qasırğası olacaqBu gün, 10:48Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 10:39Kamala Harris və Donald Tramp ilk dəfə debatda qarşılaşdılarBu gün, 10:23Kütləvi tədbirlər zamanı qidalanma ilə bağlı maarifləndirici videoçarxlar hazırlanıbBu gün, 10:01İsmayıllı meşəsində çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 09:51AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:22Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində qəza olub, sıxlıq yaranıbBu gün, 09:11Laçın şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:09Xocavənddə yanğın baş verib, əraziyə helikopterlər cəlb olunub - VİDEOBu gün, 09:03NİİM Bakının tıxac olan küçələrini açıqladıBu gün, 09:02Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib10 / 09 / 2024, 22:24Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib10 / 09 / 2024, 18:01Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib - SİYAHI10 / 09 / 2024, 17:44İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb10 / 09 / 2024, 17:41Sumqayıtda küçədə üzərində yanıq izləri olan meyit tapılıb10 / 09 / 2024, 17:26Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib10 / 09 / 2024, 17:12Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTO10 / 09 / 2024, 17:00
Bütün xəbərlər