Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı

17:47 - 23 / 04 / 2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarına Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir.

ADY-dən 1news.az-a verilən məlumata görə, təmir-yenidənqurma işlərinin aparılması ilə bağlı hazırda qatarların Tovuz stansiyasında dayanması mümkün deyil.

Yaxın aylarda təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və stansiya yenidən sərnişinləri qəbul edəcək”, - məlumatda qeyd olunur.

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər