Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.
1news.az xəbər verir ki, bununla bağlı nazir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O bildirib ki, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasətdə dayanıqlı artımın təmin edilməsi, sahibkarlığın intensiv inkişafı prioritetlərdəndir.
“Bu əlamətdar gün münasibətilə iqtisadi hədəflərə nail olunmasına, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi dəyər zəncirinə reinteqrasiyasına, xalqımızın rifahının yüksəldilməsinə töhfə verən biznes təmsilçilərinə təşəkkürümüzü və təbriklərimizi çatdırır, işlərində uğurlar arzulayırıq, - deyə nazir qeyd edib.
25 aprel ölkəmizdə Sahibkarlar Günüdür. Dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş #iqtisadi siyasətdə dayanıqlı artımın təmin edilməsi, sahibkarlığın intensiv inkişafı prioritetlərdəndir. Bu əlamətdar gün münasibətilə iqtisadi hədəflərə nail olunmasına, işğaldan azad edilmiş… pic.twitter.com/WguT0HRRVL — Mikayil Jabbarov (@MikayilJabbarov) April 25, 2024