Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıb

Qafar Ağayev10:08 - 27 / 04 / 2024
Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 26-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:
320

Son xəbərlər

Bütün xəbərlər