Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Qafar Ağayev10:59 - 29 / 04 / 2024
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakının Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər