Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb

Qafar Ağayev13:13 - 02 / 05 / 2024
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb

Xəbər verdiyimiz kimi, 1-3 may tarixlərində Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

1news.az xəbər verir ki, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr olunan Foruma 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq qatılıb.

Forumda panel sessiyalarla yanaşı, yüksək səviyyəli görüşlər keçirilir, əməkdaşlıq məsələləri müzakirə olunur.
Mayın 2-də mədəniyyət naziri Adil Kərimlinin liviyalı həmkarı xanım Mabruka Osman ilə ikitərəfli görüşü olub.
Qonağı salamlayan nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və bu platforma çərçivəsində bu il altıncı dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Bildirilib ki, “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlərarası dialoqa üzrə əsas qlobal platforma kimi qəbul olunur.

Görüşə görə təşəkkürünü bildirən nazir Mabruka Osman Forumun əhəmiyyətini yüksək qiymətləndirib, bu mötəbər tədbirə dəvətə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

Söhbət zamanı bu il ölkəmizin daha bir qlobal əhəmiyyətli tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq.

Nazir Azərbaycanın qədim Şuşa şəhərinin ICESCO tərəfindən 2024-cü il üzrə “İslam mədəniyyətinin paytaxtı” elan edildiyini diqqətə çatdırıb, liviyalı həmkarını yaxın günlərdə keçiriləcək “paytaxt ili”nin açılış mərasiminə dəvət edib.

Paylaş:
165

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər