Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilib

Qafar Ağayev10:05 - 02 / 05 / 2024
Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilib

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən qəbul edilib.

1news.az xəbər verir ki, qonaqları salamlayan nazir müavini ölkələrimiz arasında dostluq və tərəfdaşlığın, o cümlədən hüquqi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Dövlət başçılarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunu qeyd edən Xidmət rəisi qarşılıqlı fəaliyyətin hər iki ölkə üçün səmərəliliyini vurğulayıb.

Daha sonra nümayəndə heyətinə Penitensiar xidmətin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, həmçinin onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə geniş məlumat verilib.

Səmimi qəbula görə dərin minnətdarlığını ifadə edən nümayəndə heyətinin rəhbəri Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də dövlətlərimiz arasında əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıb.

Qonaqlar tanış olduqları cəzaçəkmə müəssisələrində yaradılmış müasir infrastrukturun məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların əyani təzahürü olduğunu bildiriblər.

Görüş tərəflərin qarşılıqlı fikir mübadiləsi ilə sona çatıb.

Paylaş:
268

Son xəbərlər

Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22
Bütün xəbərlər