Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA

17:09 - 03 / 05 / 2024
Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA

Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 22 m/s, Şirvanda 20 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrdir.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Qaxda arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 17, Aran rayonlarında 26, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər