Bu gün Bakının bu rayonlarında qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Bakının bu rayonlarında qaz olmayacaq

09:23 - 03 / 05 / 2024
Bu gün Bakının bu rayonlarında qaz olmayacaq

Bu gün paytaxtın Sabunçu və Səbail rayonlarında qaz təchizatında fasilə yaranacaq

1news.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, “Nardaran QPS” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə mayın 3-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
252

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər