Azərbaycan QHT-ləri İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-nun Baş direktoruna açıq məktub göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan QHT-ləri İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-nun Baş direktoruna açıq məktub göndərib

Qafar Ağayev11:34 - 07 / 05 / 2024
Azərbaycan QHT-ləri İrəvandakı Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-nun Baş direktoruna açıq məktub göndərib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub göndərib.

1news.az xəbər verir ki, məktubda deyilir:

“Biz – Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, UNESCO-nun Baş direktoru xanım Audrey Azoulay-a müraciət edərək Ermənistan Respublikasında Azərbaycan xalqının maddi mədəni irsinin dağıdılmasını dayandırmaq üçün UNESCO-nu hərəkətə keçməyə çağırırıq.

Azərbaycanlıların tarixən yaşadığı Ermənistan Respublikasında azərbaycanlılara məxsus bütün irsə münasibətdə məhvetmə siyasəti aparılıb, tarixi izlərin silinməsinə cəhd edilib. Burada 1870-ci ildə qeydiyyata alınmış 269 məsciddən bu gün yalnız 1-i qalıb, azərbaycanlılara məxsus yüzlərlə qəbristanlıqlar dağıdılıb.

Vaxtilə azərbaycanlıların yaşadığı, qurub-yaratdığı bir şəhər olan İrəvanda tarixi adı dəyişdirilərək “Kond” adlandırılan Təpəbaşı məhəlləsi Ermənistanda Azərbaycan mədəni irsinin son qalıqlarından biridir.

Biz - Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətə hazır olduğumuzu bəyan edirik. Xüsusilə UNESCO-nu dünya mədəni irsinin unikal nümunəsi kimi Təpəbaşı məhəlləsini öz mühafizəsinə götürməyə çağırırıq. Monitorinq işlərində UNESCO ilə sıx işləməyə hazırıq.

Ermənistan hakimiyyətinin Təpəbaşı daxil olmaqla, mədəniyyət abidələrinə qarşı təcavüzü İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakta, Ümumdünya mədəni və təbii irsin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında konvensiyalara zidd fəaliyyətdir.

Eyni vandalizm siyasəti işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda da yürüdülüb. Vaxtilə həyat qaynayan, yüzlərlə tarixi, mədəni abidələrin qorunduğu həmin ərazilər böyük xarabalıqlara çevrilib. Təəssüf edirik ki, işğal dövründə çoxsaylı müraciətlərə və çağırışlara baxmayaraq, UNESCO bir dəfə də olsun bu məsələləri araşdırmayıb, əraziyə faktaraşdırıcı missiya göndərməyib.

Biz UNESCO-nu Ermənistan Respublikasına faktaraşdırıcı missiya göndərmək, Təpəbaşı məhəlləsi ilə bağlı təxirəsalınmaz tədbirlər görmək üçün cəsarət nümayiş etdirməyə dəvət edirik. Bu məsələlərdə UNESCO ekspertləri ilə müzakirələrə və onlara əlavə məlumatlar təqdim etməyə hazırıq.

İmzalar:

Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası

Əziz Ələkbərli - Qərbi Azərbaycan İcması

Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

Nərminə Ağayeva - "İrəvan Mədəni İrsinin Təbliği" İctimai Birliyi

Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi

Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondu

Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti

Səadət Bənənyarlı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi

Səltənət Qocamanlı “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyi

Mübariz Əsgərov - “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi

Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi

Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi

Şeyda Allahverdiyeva – “İCOMOS Azərbaycan” İctimai Birliyi

Qəmər Bağırova - Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi

Ülviyyə Bəbirova - “Mədəniyyət Könüllüləri” İctimai Birliyi

Türkay Qasımzadə - Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası

Esmira Fuad - Əbədi Turan Kitab Fondu

Azər Allahverənov – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi

Elçin Mirzəbəyli - "Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri

Sevda Tahirli - Mirzə Ələkbər Sabir Fondu

Şahin Qədirov - "Zirvə" Mədəniyyət və İncəsənət İctimai Birliyi

Fəridə Mirişova- “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi

Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi”.

Paylaş:
124

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər