DSMF Gəncədə ictimai dinləmə keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Qafar Ağayev13:36 - 08 / 05 / 2024
DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən mayın 17-də saat 15:00-da Gəncə şəhərində Göygöl və Gəncədən olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə pensiya və sosial müavinətlərə dair ictimai dinləmə keçiriləcək.

Bu barədə 1news.az-a Fondun mətbuat xidmətindən məlumat veriblər.

İctimai dinləmədə iştirak etmək istəyənlər DSMF-nin Gəncə şəhərində yerləşən regional filialına və Göygöldə yerləşən qəbul şöbəsinə yaxınlaşıb, yaxud Fondun sosial şəbəkə hesabları vasitəsilə müraciət və ya (012) 432-02-30 telefon nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər