Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıb

Qafar Ağayev09:56 - 09 / 05 / 2024
Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 4 silah götürüblər.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 2 patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin mayın 8-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.

Paylaş:
320

Son xəbərlər

Bütün xəbərlər