Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz

16:34 - 10 / 05 / 2024
Bakı-Şamaxı yolunda yeni qurğu - Qayda pozduğunuzu dərhal biləcəksiniz

Araşdırmalar göstərir ki, yol qəzalarının əksəriyyətinə yüksək sürət səbəb olur. Müxtəlif addımlar atılsa da yenə də sürət həddini aşanlar var və nəticə təəsüf ki, faciələrin artan sayında özünü göstərməkdədir. Bunun qarşısını almaq üçün dünyada tətbiq edilən müxtəlif texnologiyalar Azərbaycanda da mövcuddur.

1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, artıq sürət həddini göstərən yeni radar sistemi, daha dəqiq desək, elektron tablo Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılıb. Bu cür radar sisteminin artıq bir çox ölkədə quraşdırıldığı və çox məhşur olduğu bildirilir.

Bəs bu cür elektron löhvələrin digər radarlardan fərqi nədir?

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, konkret sürət rejimi və aşılan sürət həddi göstərilirsə sürücü əmin olmalıdır ki, artıq ona inzibati protokol yazılıb. Yəni elektron qərarı artıq hazırdır. Ən azından sürücü bir və ya yarım saat sonra sms almaq aurasında olmur ki, ona sms gələndən sonra bilsin ki, cərimə yazılıb. Artıq o tabloda öz-özünü görəndə başa düşür ki, cərimələnib. Bu, həm də ictimaı qınaq, mənəvi təsirdir. Sürücü öz maşınının nömrəsini tabloda görürsə biləcək ki, bunu başqaları da görür. Hər halda, vicdanlı adamlar belə şeydən utanmalıdır. Özünü yığışdırıb, sürəti aşağı salıb yoluna davam edəcəksə, o zaman bu tablonun təsiri hiss ediləcək”.

Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” idarəsindən bildirilib ki, elektron tablonun quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl etməsidir. Yaxın günlərdə quraşdırılan lövhələr aktivləşdiriləcək. Bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması nəzərdə tulub.

Paylaş:
328

Son xəbərlər

AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23
Bütün xəbərlər