Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib

Qafar Ağayev10:44 - 10 / 05 / 2024
Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib.

1news.az xəbər verir ki, “Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Ulu Öndərin "Mən həyatımın mənasını xalqıma xidmətdə görürəm. Azərbaycan mənim həyatımın mənasıdır" fikirləri Vətənə olan sevginin, xalqa bağlılığın və mənəvi dəyərlərə sadiqliyin ali səviyyədə bəyanı idi”, - deyə nazir qeyd edib.

O bildirib ki, Ümummilli Liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun mütərəqqi ideyaları, müdrik siyasəti və zəngin idarəetmə təcrübəsi hər birimiz üçün örnək olaraq qalacaq.

Paylaş:
203

Son xəbərlər

Bütün xəbərlər