Bakıda mənzildə meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildə meyit tapılıb

15:16 - 11 / 05 / 2024
Bakıda mənzildə meyit tapılıb

Nizami rayonunda mənzildə meyit aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər