Azərbaycan hərbçiləri “Anadolu Ankası – 2024” təlimində tapşırıqları icra edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan hərbçiləri “Anadolu Ankası – 2024” təlimində tapşırıqları icra edib - VİDEO

Qafar Ağayev11:37 - 13 / 05 / 2024
Azərbaycan hərbçiləri “Anadolu Ankası – 2024” təlimində tapşırıqları icra edib - VİDEO

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.

1news.az xəbər verir ki, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər uğurla icra olunub.

Qeyd edək ki, mayın 17-nə qədər davam edəcək beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin Paraşüt-desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər