Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

Qafar Ağayev17:35 - 14 / 05 / 2024
Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hər iki ölkənin hərbi mütəxəssisləri arasında işçi görüş keçirilib.

1news.az xəbər verir ki, Özbəkistanlı qonaqlara Müdafiə Nazirliyinin Şəxsi Heyət baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən Azərbaycan Ordusunda ideoloji işin təşkili və hərbi psixoloqların hazırlığı istiqamətində görülən işlərdən danışılıb, eləcə də idarənin əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəyə səbəb olan amillərdən birinin də məhz Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək mənəvi-psixoloji hazırlığının olduğu xüsusi vurğulanıb.

Şəxsi heyətin tərbiyəvi, ideoloji, mənəvi-psixoloji işinin təşkil edilməsinin öyrənilməsi və informasiya-psixoloji əməliyyatlara qarşı mübarizə sahəsində təcrübə mübadiləsi məqsədilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb və bu cür görüşlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə, həmçinin nümayəndə heyətinə Azərbaycan Ordusunda ideoloji işin və mənəvi-psixoloji hazırlığın təşkili barədə ədəbiyyatlar və müxtəlif dərs vəsaitləri təqdim olunub.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Paylaş:
193

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər