Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb

Qafar Ağayev15:32 - 15 / 05 / 2024
Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində iki silah aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məlumata görə, Əliyev Cavid Əlihüseyn oğluna məxsus bir ədəd “TOZ-8M” markalı yivli tüfəng və 1 ədəd “Makarov” markalı pnevmatik tapança Sabirabad rayonu, Qaranuru kənd qəbiristanlığı ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər