ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət - FOTO
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) fəaliyyətində nəqliyyatda maneələri aradan qaldırmağı, mobilliyin hər kəs üçün əlçatan olmasını hədəfləyir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir, fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlərini inkişaf etdirir.
1news.az xəbər verir ki, ADY həssas qrupların cəmiyyətə sürətli inteqrasiyası məqsədilə ADY 15 may tarixində Azərbaycan Dəmiryol Muzeyində maraqlı tərəflərin, xüsusilə nəqliyyat sahəsində fəaliyyət göstərən tərəfdaşların – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Bakı Metropoliteni" QSC, Daxili İşlər Nazirliyinin Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları və nəqliyyat sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı ilə “İnklüziv nəqliyyat – Maneəsiz səyahət” adlı tədbir təşkil edib.
Tədbirin keçirilməsində məqsəd sərnişindaşıma sahəsində hamı üçün əlçatan mobillik haqqında məlumatlılığı artırmaq və daha inklüziv mühitin yaradılmasını təmin edəcək infrastruktur barədə yeni təşəbbüsləri təşviq etməkdir.