Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTO

13:42 - 17 / 05 / 2024
Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTO

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovdan, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovdan və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevdən ibarət nümayəndə heyəti Mərakeş Krallığında işgüzar səfərdədir.

Mərakeş Krallığının audiovizual media üzrə tənzimləyici qurumu olan HACA-nın dəvəti ilə reallaşan səfər çərçivəsində nümayəndə heyətinin HACA prezidenti xanım Lətifə Axarbaş ilə görüşü baş tutmuşdur. Görüşdə iki ölkənin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı faydalı fikir və təcrübə mübadiləsi, media qurumları arasında birbaşa əlaqalərin təşviq olunması və əməkdaşlığın digər istiqamətləri müzakirə olunmuşdur. Görüş zamanı cari ilin fevral ayında Azərbaycanda baş vermiş prezident seçkiləri ərəfəsində Mərakeş Krallığının bir çox media qurunmlarının nümayəndələrindən ibarət böyük heyətin Azərbaycana səfəri çərçivəsində Medianın İnkişafı Agentliyinin, AzərTAC-ın və Audiovizual Şuranın rəhbərliyi ilə görüşü məmnunluqla xatırlanmış, belə qarşılıqlı səfərlərin ölkələrimizin media subyektlərinin və jurnalistlərinin qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsində mühüm rol oynadığı vurğulanmışdır.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Bensaid və bu ölkənin rəsmi dövlət informasiya agentliyi olan "Maghreb Arab Presse"in (MAP) baş direktoru Fuad Ariflə görüşləri nəzərdə tutulur.

Paylaş:
288

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər