Axtarışda olan şəxs hava limanında saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Axtarışda olan şəxs hava limanında saxlanılıb

10:52 - 17 / 05 / 2024
Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Beynəlxalq Hava Limanı ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Nəsib Mehdiyevi saxlayıblar.

O, araşdırma aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər