Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıb
Azərbaycanda 2023-2024-cü illərdə ən çox dövlət metroloji nəzarət tədbirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində aparılıb.
1news.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, nazirlikdə yoxlanılan 639 cihaz və avadanlığın 250-də nöqsan aşkarlanıb.
Hesabat dövründə Kənd Təsərrüfatı Nazirliyində yoxlanılan 544 cihaz və avadanlığın hamısında, "Azərsu" ASC-də yoxlanılan 538 cihaz və avadanlığın 127-də, "Azərbaycan Hava Yolları" QSC-də yoxlanılan 375 cihaz və avadanlığın 231-də nöqsan aşkarlanıb.
191