Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb

16:36 - 21 / 05 / 2024
Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan olunub.

Bu barədə 1news.az-a DİM-dən xəbər verilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 may 2024-cü il tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan edilib:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58 öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2023/netorta/ istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 11948 nəfərdən 1335 nəfər imtahana gəlməyib.

İmtahanda ən yüksək nəticəni 296,6 bal toplayan Masallı rayonu, Həsənli kənd orta məktəbinin 2023-cü il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 22 may saat 10:00-dan 24 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

  • İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

  • İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Paylaş:
154

Son xəbərlər

Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə başa çatdı - FOTO24 / 06 / 2024, 19:11AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib24 / 06 / 2024, 18:31MMF2024-ün üçüncü gününün spikerləri bəlli oldu!24 / 06 / 2024, 17:49Berlində Azərbaycan dili məktəbinin açılışı olub24 / 06 / 2024, 17:38Ötən il 55 tələbə vəfat edib24 / 06 / 2024, 17:34Ceyhun Bayramov Qırğız Respublikasının yeni səfiri Maksat Mamıtkanovu qəbul edib24 / 06 / 2024, 17:12Ötən il buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələr - SİYAHI24 / 06 / 2024, 16:45Müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb24 / 06 / 2024, 16:36Bakı metrosunun Bənövşəyi xəttində qatarların hərəkət qrafiki dəyişdirilir24 / 06 / 2024, 16:29Bakıda qətlə yetirilən polis əməkdaşı Mirəli Heydərov Kürdəmirdə dəfn olunub - FOTO24 / 06 / 2024, 16:13Xalq Bank və “Baku City Residence” xüsusi kobrend Visa kartını təqdim ediblər24 / 06 / 2024, 16:05AAYDA: Salyan şosesində təmir işlərinə başlanılıb24 / 06 / 2024, 16:00Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür24 / 06 / 2024, 15:49Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxacaq24 / 06 / 2024, 15:37Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya təsdiq edilib24 / 06 / 2024, 15:23Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb24 / 06 / 2024, 15:01Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM24 / 06 / 2024, 15:00Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib - FOTO24 / 06 / 2024, 14:44Bakıda qətlə yetirilən polis əməkdaşı Mahir Ağayev dəfn olunub - FOTO24 / 06 / 2024, 14:32Qızıl Aypara Cəmiyyəti və “LU-MUN Holding” MMC-nin dəstəyi ilə Neftçala və Mingəçevirdə “Ümumi Xeyriyyə Aksiyası” baş tutub - FOTO24 / 06 / 2024, 14:20
Bütün xəbərlər