Pirşağıda “Opel” dəmir yolu xəttinin üzərinə aşıb
Bu gün saat səhər radələrində Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb.
1news.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, Hadisə nəticəsində xəsarət alan olmayıb.
Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halı baş verməyib.
Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır.
162