Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyev dəfn edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyev dəfn edilib - FOTO

15:27 - 22 / 05 / 2024
Ucarda Birinci Qarabağ müharibəsinin şəhidi Şöhrət Nuriyev dəfn edilib - FOTO

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şöhrət Telman oğlu Nuriyevlə Ucar rayonunun Əlikənd kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, şəhidin nəşi Əlikənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ucar Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Paylaş:
339

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər