Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİB

16:11 - 22 / 05 / 2024
Biləsuvarda Birinci Qarabağ müharibəsinin şəhidi Elbrus İsaqov dəfn edilib - YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovla Biləsuvar rayonunun 1 saylı Cəbrayıl qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Biləsuvardakı 1 saylı Cəbrayıl qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Cəbrayıl və Biləsuvar rayon İcra hakimiyyətlərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

15:30

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsinə gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi qəsəbədə ailəsinə təhvil verilib.

Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elbrus İsaq oğlu İsaqov 1966-cı il avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

E.İsaqov Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.

Paylaş:
534

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər