Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib

Qafar Ağayev17:42 - 22 / 05 / 2024
Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsi ilə bağlı vətəndaşlara müraciət edib

Baş Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair tələblərlə bağlı vətəndaşlara müraciət edib.

Qurumun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müraciətdə plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedurların həkim təyinatı əsasında həyata keçirilməli olduğu vurğulanıb: "Bundan əvvəl həmin prosedurun şəxsin həyat və sağlamlığına təsirinə dair müayinəsi aparılmalıdır. Proseduru icra edən həkim pasiyentdən bu müayinənin aparılmasını tələb etməlidir.

Plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedur son zərurət halında həyata keçirilməli, hər bir şəxs üzrə keçirilmiş prosedurların uçotu aparılmalı, növbəti dəfə müraciət edildikdə əvvəlki prosedurlar barədə məlumat verilməli və həkim tərəfindən yoxlanılmalıdır.

Estetik proseduru həyata keçirən şəxsin müvafiq tibbi təhsili olmalı, həmçinin bu sahədə ixtisaslaşmalıdır.

Plastik cərrahiyyə əməliyyatını aparan şəxsin ali tibbi təhsili olmaqla yanaşı, bu sahədə ixtisaslaşmalıdır.

Ali tibbi təhsil almadan həkim və ya həkim-kosmetoloq adından istifadə etmək yolverilməzdir.

Plastik, rekonstruktiv və estetik əməliyyatlar ixtisaslaşmış həkim personalı tərəfindən həyata keçirilməli, həmin əməliyyatlar ümumi cərrahiyyə ixtisasına malik olan həkim və tibb personalı tərəfindən aparılmalıdır.

Plastik, rekonstruktiv və estetik əməliyyatlar aparılan klinikalarda reanimatologiya xidmətlərinin tələb olunduğu zaman bu xidməti göstərən personal olmalıdır.

Plastik cərrahiyyə əməliyyatı və digər prosedurlar zamanı ölkə ərazisinə gətirilən müxtəlif tərkibli kosmetoloji vasitə və preparatların daşınması və tətbiqi xüsusi rejim tələb edir. Onların yararlılıq sertifikatları olmayan, keyfiyyətsiz və ya aşağı keyfiyyətli bir sıra vasitələrin istifadəsi ağır nəticələrlər verə bilər.

Həkim tərəfindən plastik və estetik prosedurların həyata keçirilməsi zamanı xəstəlik vərəqəsi və xəstəlik tarixi haqqında qanunvericliyin tələblərinin yerinə yetirilməsi zəruridir.

İstənilən invaziv müdaxilə zamanı, yəni insan bədəninə müdaxilə zamanı tibb vərqələri açılması təmin edilməli və “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə elektron sənəd formasında tərtib olunmalıdır".

Paylaş:
198

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər