Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov dəfn edilib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov dəfn edilib – YENİLƏNİB

15:07 - 24 / 05 / 2024
Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov dəfn edilib – YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Sabir oğlu Soltanovla Göyçay şəhərində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:54

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Sabir oğlu Soltanovun meyitinin qalıqları Göyçay şəhərinə gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Göyçay şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Səbuhi Sabir oğlu Soltanov 1967-ci il mayın 21-də Göyçay şəhərində anadan olub. O, 1994-cü il yanvarın 22-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

S.Soltanov Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər