Müxtəlif vaxtlarda bank kartlarından pul vəsaitlərini talayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müxtəlif vaxtlarda bank kartlarından pul vəsaitlərini talayan şəxs saxlanılıb

17:18 - 29 / 05 / 2024
Müxtəlif vaxtlarda bank kartlarından pul vəsaitlərini talayan şəxs saxlanılıb

Müxtəlif vaxtlarda 7 nəfərin bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2133 manat pul vəsaitinin talanması barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən, dələduzluğa görə axtarışda olan 21 yaşlı Raqif Məmmədov saxlanılıb.

Araşdırmalar nəticəsində onun “Tik-Tok” sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talaması məlum olub. Saxlanılan şəxs eyni üsulla daha 23 nəfərin pul vəsaitlərini talayıb.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Paylaş:
225

Son xəbərlər

Bütün xəbərlər