“ULTRA Technologies” şirkəti 25 illik yubileyini qeyd edib! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ULTRA Technologies” şirkəti 25 illik yubileyini qeyd edib! - FOTO

11:55 - 29 / 05 / 2024
“ULTRA Technologies” şirkəti 25 illik yubileyini qeyd edib! - FOTO

Mayın 17-də “ULTRA Technologies” şirkəti 25 illik yubileyini təntənəli şəkildə qeyd edib. “Şur” restoranının özünəməxsus atmosferində keçirilən tədbir şirkətin dostlarını, o cümlədən dünyaca məşhur İT korporasiyaların Azərbaycandakı nümayəndələrini və yerli bazardakı çoxsaylı tərəfdaşları bir araya gətirib.

Tədbiri giriş sözü ilə açan şirkətin Baş direktorunun müşaviri Zaur Məmmədzadə uzun illər davam edən tərəfdaşlığa görə minnətdarlığını bildirib, şirkətin və onun dostlarının gələcəkdə də davamlı inkişafına ümid etdiyini bildirib.

Daha sonra “ULTRA Technologies” şirkətinin Baş direktoru Məhəmməd Zülfüqarlı şirkətin tarixindən, həyata keçirilən və ölkəmizin iqtisadi yüksəliş mərhələləri ilə sıx bağlı olan layihələrdən söhbət açıb, həmçinin şirkətin öz insan kapitalının inkişafına ayırdığı diqqət barədə məlumat verib. "ULTRA Technologies" bütün tarixi ərzində "Always Innovation" şüarına sadiq qalıb. Məhz daim innovasiyalara can atması sayəsində şirkət Azərbaycanın sistem inteqrasiyası bazarında öz layiqli yerini tutmağa, müştərilərin ehtiyaclarına fərdi yanaşmanı unutmadan öz məhsullarının tərtibatçısına və istehsalçısına çevrilməyə nail olub. Ölkədə İT sektorunun yaradıcılarından biri olan şirkət bu illər ərzində sektorun bütün inkişaf mərhələlərini əks etdirən enişli-yoxuşlu yol keçib”, - Məhəmməd Zülfüqarlı bildirib.

Tədbirin rəsmi hissəsi musiqili-əyləncəli proqram və şam yeməyi ilə müşayiət olunan xoş atmosferdə səmimi ünsiyyət mühitində davam edib.

“Ultra Technologies” haqqında:

“Ultra Technologies” 1999-cu ildə təsis edilmişdir. Şirkət yarandığı andan etibarən İKT bazarında fərqlənmək və daim yeniliklər tətbiq etməyi əsas hədəf olaraq seçmişdir. “Intel” və bir sıra iri İT korporasiyaların Azərbaycanda rəsmi tərəfdaşı olmaqla distributiv satışı və avtorizə edilmiş İT məhsulların səlahiyyət verilən anbarına malik olub. Şirkət qısa zaman ərzində Azərbaycan İT bazarında lider şirkətlərdən birinə çevrilərək regionda İT sahəsi üzrə “B2C”, “B2B” və “B2G” istiqamətlərində çoxşaxəli işlər görür.

“Ultra Technologies” şirkəti bazarın müxtəlif seqmentlərində fəaliyyət göstərərək sifarişçinin tələblərinə uyğun proqram həllərinin yaradılması, kompleks İT xidmətlər, “Data Center”lərin yaradılması, kompüter avadanlıqlarının distributiv satışı, korporativ və fərdi texniki dəstək xidmətləri, o cümlədən, İT üzrə konsultasiya xidmətləri ilə fəaliyyətini davam etdirir.

Paylaş:
179

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər