Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən 3 sürücü müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən 3 sürücü müəyyən edilib

09:51 - 30 / 05 / 2024
Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən 3 sürücü müəyyən edilib

Sabirabadda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 3 sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən A.Əsədov, X.Qubadov və T.Zərbalıyev saxlanılıblar.

Müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub. Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Paylaş:
222

Son xəbərlər

Bütün xəbərlər