Sabunçuda kişi qətlə yetirilib, hadisədə şübhəli bilinən qadın saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda kişi qətlə yetirilib, hadisədə şübhəli bilinən qadın saxlanılıb

10:03 - 30 / 05 / 2024
Sabunçuda kişi qətlə yetirilib, hadisədə şübhəli bilinən qadın saxlanılıb

Mayın 30-da 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər