Azərbaycan Texnologiya Universitetinin tələbələri Qəbələ şəhərində “Savalan” şərab zavodunda keçirilən elmi seminarda iştirak ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Texnologiya Universitetinin tələbələri Qəbələ şəhərində “Savalan” şərab zavodunda keçirilən elmi seminarda iştirak ediblər - FOTO

15:23 - 31 / 05 / 2024
Azərbaycan Texnologiya Universitetinin tələbələri Qəbələ şəhərində “Savalan” şərab zavodunda keçirilən elmi seminarda iştirak ediblər - FOTO

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsinin, Tələbə Elmi Cəmiyyətinin “Savalan” şərab zavodu ilə birgə universitet-sənaye iş birliyinin gücləndirilməsi istiqamətində müəssisələrlə əlaqələrin genişləndirilməsi, həmçinin regionda yaşayan tələbələrin bazar iqtisadiyyatı şəraitində karyera imkanlarına dəstək göstərilməsi məqsədilə tələbə elmi seminarı keçirilmişdir.

Seminar Qəbələ şəhərində “SAVALAN-ASPI VAYNERI MMC”-nin zavodunda təşkil edilmişdi.

Görüşdə birgə layihələrin icrası, ixtisasartırma kursları, xüsusilə qida mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr üçün təcrübə və təqaüd imkanları, universitetdə laborator imkanların gücləndirilməsi, regional aspekti nəzərə alaraq məzunların işlə təmin olunmasına dair mövzularda müzakirələr aparılmışdır.

Tədbirdə çıxış edən “SAVALAN-ASPI VAYNERI MMC”-nin Direktoru Əjdər Şəfizadə “Savalan” üzüm emalı və şərab istehsalı müəssisəsində müasir texnologiyaların tətbiqi əsasında şərab məhsullarının istehsalı barədə ətraflı məlumat verərək bildirmişdir ki, 2007-ci ildən fəaliyyət göstərən müəssisədə 2010-cu ildən şərab istehsalına başlanmışdır. Eyni zamanda, hazırda 24 çeşiddə şərab məhsullarının istehsal olunmasını və onların yerli bazarla yanaşı Rusiya, Türkiyə və bir sıra Avropa ölkələrinə ixrac edilməsini seminar iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin, müəssisənin Qəbələ və İsmayıllı rayonlarının ərazisində 350 hektar üzüm sahəsinin mövcud olduğunu vurgulamışdır.

Tədbirdə çıxış edən “SAVALAN-ASPI VAYNERI MMC”-nin direktor müavini texnika üzrə fəlsəfə doktoru Cahangir Şəfizadə “Yerli və introduksiya olunmuş üzüm sortlarından yüksək keyfiyyətli qırmızı süfrə şərabının hazırlanma texnologiyasının təkmilləşdirilməsi” mövzusunda müəllifi olduğu dissertasiya işinin əhəmiyyəti, onun elmi yeniliyi, praktik əhəmiyyəti və istehsalatda tətbiqi barədə seminar iştirakçlarına geniş məlumat vermişdir.

Daha sonra Qida mühəndisliyi fakültəsi, Qida məhsullarının ekspertizası kafedrası və ATU Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminarda şərabçılıq ixtisasının tələbələri – Aysel Cəfərova “Almaniyada şərabçılığın inkişaf tendensiyası”, Vəsilə Nağıyeva “Şərabçılıqda əzici-daraqayıran maşınların perspektivliyi və əhəmiyyəti”, Səbinə Qasımova “Azərbaycanda şərabçılıq”, Abulhəyat Süleymanlı “Azərbaycanda istehsal olunan konyaklar” mövzularında məruzələrlə çıxış etmişlər.

Açıq dialoq şəklində davam edən seminarda tələbələr zavodun mütəxəssisləri ilə şərabçılıqla bağlı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində tələbələr zavodda məhsulun qəbulu və emalı sexləri, istehsal prosesində istifadə olunan texnoloji avadanlıqlar, onların iş prinsipi ilə yaxından tanış olublar.

Tədqiqat laboratoriyasında qida məhsullarının tədqiqi üsulları və avadanlıqları haqqında tələbələrə geniş məlumat verilib. Sonda dequstasiya zalında məhsulların dad meyarlarının müəyyən olunması xüsusiyyətləri də tələbələrin diqqətinə çatdırılıb.

Reklam hüququnda

Paylaş:
259

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər