Bu gün Bakının dörd rayonunda qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Bakının dörd rayonunda qaz olmayacaq

10:10 - 31 / 05 / 2024
Bu gün Bakının dörd rayonunda qaz olmayacaq

Bu gün saat 10:00-dan Bakı şəhərinin Sabunçu, Suraxanı, Xətai və Xəzər rayonlarında aparılacaq təmir-bərpa işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Bu barədə 1news.az SOCAR "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin (bir hissəsi), Suraxanı rayonu üzrə Yeni Suraxanı qəsəbəsinin (tam olaraq) və Əmircan qəsəbəsinin Həmid Axundlu ilə Vaqif küçələrinin, Xətai rayonu üzrə Xudu Məmmədov, Cavanşir, Məhəmməd Hadi küçələrinin, Xəzər rayonu üzrə Müslüm Maqomayev, Firdovsi küçələrinin, Xəzər rayonu üzrə isə Bolluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər