Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev16:20 - 03 / 06 / 2024
Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə may ayının məlumatını açıqlayıb.

1news.az ANAMA-ya istinadən xəbər verir ki, ötən ay işğaldan azad olunan ərazilərdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 251, tank əleyhinə 141 mina və 1068 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 48392618 m² (4839.3 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
189

Son xəbərlər

Bütün xəbərlər