Bakıda TürkPA-nın plenar iclası keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda TürkPA-nın plenar iclası keçiriləcək

Qafar Ağayev17:49 - 03 / 06 / 2024
Bakıda TürkPA-nın plenar iclası keçiriləcək

İyunun 5-6-da Bakıda Milli Məclisin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü Plenar İclası keçiriləcək.

Parlamentdən 1news.az-a verilən məlumata görə, tədbirdə TÜRKPA-ya üzv ölkələrin parlament spikerlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən, TÜRKPA-da müşahidəçi üzvlərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Tədbir çərçivəsində Assambleya Şurasının toplantısı, TÜRKPA-nın 13-cü Plenar İclası, Qadın və Gənc Parlamentarilər qruplarının iclasları, TÜRKPA çərçivəsində parlament baş katiblərinin birinci görüşü və yekunda mətbuat konfransı keçiriləcək.

Paylaş:
229

Son xəbərlər

Bütün xəbərlər