Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Qafar Ağayev09:23 - 03 / 06 / 2024
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

1news.az xəbər verir ki, toplantı saat 10:00-da başlayacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. I və II Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” klubuna müvafiq yardımın ayrılması
6. Digər məsələlər

Paylaş:
141

Son xəbərlər

Bütün xəbərlər