Leysan olacaq, dolu düşəcək - Hava XƏBƏRDARLIĞI | 1news.az | Xəbərlər
Cəmiyyət

Leysan olacaq, dolu düşəcək - Hava XƏBƏRDARLIĞI

12:17 - 03 / 06 / 2024
Leysan olacaq, dolu düşəcək - Hava XƏBƏRDARLIĞI

Azərbaycanın rayonlarında iyunun 3-4-də bəzi dağlıq və dağətəyi rayonlarda, 5-6-da isə əsasən gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Paylaş:
271

Son xəbərlər

Bütün xəbərlər