Qubada göldə batan uşağın meyiti FHN tərəfindən tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada göldə batan uşağın meyiti FHN tərəfindən tapılıb

Qafar Ağayev09:31 - 04 / 06 / 2024
Qubada göldə batan uşağın meyiti FHN tərəfindən tapılıb

İyun ayının 3-ü Quba rayonunun Digah kəndi yaxınlığında süni göldə batan 2012-ci təvəllüdlü Ələsgərov Yusif Elşad oğlunun cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə Ələsgərov Yusif Elşad oğlunun cəsədi nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər