Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlanılır

Qafar Ağayev17:01 - 05 / 06 / 2024
Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlanılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlayacaq.

1news.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ilkin olaraq texniki-iqtisadi əsaslandıma və layihə-smeta sənədlərinin təkmilləşdirməsi üzrə məsləhətçi seçiləcək.

"Böyükşor gölünün bərpası layihəsi" Prezident İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq 2013-cü ildən həyata keçirilir. Layihə aşağıdakı mərhələlərdən ibarətdir:

- Olimpiya Stadionu tərəfində Gölün şərq hissəsinin bərpası

- Gölün Qərb hissəsi və Şimal bəndin arxasında yerləşən neftlə çirklənmiş ərazilərin bərpası

- Şimal Gölün və Dib çöküntülərinin saxlanc anbarlarının bərpası.

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər