Təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

14:34 - 07 / 06 / 2024
Təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Qazax rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırmalarla Mərkəzin vəzifəli şəxsləri tərəfindən faktiki olaraq əmək fəaliyyətini icra etməyən şəxslərə əsasssız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla xeyli miqdarda büdcə vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər