“Abşeron” yatağının hasilat göstəriciləri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Abşeron” yatağının hasilat göstəriciləri açıqlanıb

10:30 - 07 / 06 / 2024
“Abşeron” yatağının hasilat göstəriciləri açıqlanıb

Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından 1,5 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir.

1news.az APA-ya istinadən xəbər verir ki, bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində "Caspian Oil&Gaz" neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.

Məlumata görə, 2024-cü ildə “Abşeron” yatağından 523 min ton qaz kondensatın hasil ediləcəyi gözlənilir.

Qeyd olunur ki, yataqda hasilata başlanılandan (iyul, 2023) 01.05.2024-ə qədər 1,2 mlrd. kubmetr qaz və 484 min ton kondensat hasil olunub.

“Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir. İlkin hesablamalara görə, “Abşeron” yatağının karbohidrogen ehtiyatları 350 milyard m³ qaz və 45 milyon ton kondensat təşkil edir. Yatağın işlənilməsini SOCAR və TOTAL-ın birgə operatoru olan “JOCAP” şirkəti həyata keçirir.

04.08.2023-cü il tarixində “Abşeron” layihəsinə daha bir səhmdar – Abu Dabi Milli Neft Şirkəti (ADNOC) daxil oldu və beləliklə, SOCAR və “TotalEnergies” şirkətləri hərəsi 35%, ADNOC isə 30% səhmə malik olmaqla səhmdarların yeni pay bölgüsü formalaşdı.

Paylaş:
166

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər