Ləman Hüseynzadəyə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsi həvalə edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Ləman Hüseynzadəyə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsi həvalə edildi

Qafar Ağayev10:38 - 07 / 06 / 2024
Ləman Hüseynzadəyə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsi həvalə edildi

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası həvalə edilib.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Ədliyyə nazirinin müvafiq əmri ilə Nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası Ləman Hüseynzadəyə həvalə edilib.

Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.

Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.

O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğu qəbul edilib.

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər